Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bağdadda məscidə kamikadze hücum edib

Hücum zamanı 12 nəfər ölüb

İraqın paytaxtı Bağdada yerləşən bir məsciddə həyata keçirilən hücum zamanı ən azı 12 nəfər dünyasını dəyişdi, 32 nəfər yaralanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadın qərbində yerləşən Əbu Qərib şəhərindəki məscidə kamikadze hücumu edilib. Kamikadzenin üzərindəki partlayıcı qurğuları atəşə verməsi ilə gerçəkləşən hücumda ən azı 12 nəfər dünyasını itirib, 32 nəfər isə yaralanıb.

Sələhiyyətli şəxslər hücumun, vətəndaşların sübh namazı üçün məscidə toplaşdığı zaman meydana gəldiyini bildirib.

Məscidə edilən hücumu indiyə qədər öz üzərinə götürən olmayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...