Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAĞIŞLANMAĞA LAYİQ OLAQ

ALLAH BAĞIŞLAMAQ İSTƏYİR.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

ALLAH sonsuz mərhəmətilə səhv və günahlarımıza baxmayaraq, bizi bağışlamaq istəyir. Lakin Allahın bizi bağışlaması üçün, bağışlanma diləməli, buna layiq olmalıyıq. Allahın sonsuz mərhəməti olmasa və bağışlamağı sevməsə, günahlarımız səbəbilə hansımız bağışlanmağa layiq olarıq?

Allaha qarşı etdiyimiz nankorluqların mində birini başqalarına etsək, ən yaxın insanlar da bizim üzümüzə baxmazlar. Halbuki bütün insanların yaxşılıqları toplansa, Allahın bizə göstərdiyi yaxşılıqların yanında okeanda bir su damcısı qədər də olmaz.

Allah çox bağışlayan və mərhəmət mənbəyi olduğuna görə bütün günahları bağışlamaq istəyir. Lakin günahlarımızın bağışlanması üçün bağışlanmağa layiq olmalıyıq. Bu bağışlanmağa necə layiq olacağımız isə dinimizin mənbəyi olan Quranda belə bildirilib:

“Elə isə (yalnız) Rəbbinizə yönəlin və (ölümün və yenidən dirilmənin) əzabı başınıza gəlməzdən əvvəl ona inanıb boyun əyin, sonra heç kim sizə kömək edə bilməz. Bu əzab siz bilmədən, anidən başınıza gəlməzdən əvvəl Rəbbiniz tərəfindən sizə (insanlara) nazil edilən ən gözəl (vəhyə) tabə olun ki, heç bir insan (Qiyamət günü) “Allaha qarşı etinasız davrandığım və (həqiqəti) əhəmiyyətsiz yanaşanlardan biri olduğuma görə vay mənim halıma!” deməsin, və ya “Əgər Allah məni doğru yola yönləndirsəydi, mütləq Ona qarşı məsuliyyət şüurunda olanlardan biri olardım!” deməsin, yaxud da (onu gözləyən) əzabı biləndə “Kaş (həyatda) mənə bir fürsət də verilərdi, mən də yaxşılıq edənlərdən olardım!” deməsin.” (“Zumər” surəsi, 54-58)

Aydın olduğu kimi həqiqətləri bilərək özümüzü aldatmağı bir kənara qoyub səmimi şəkildə Allaha yönəlməli, sözlərin ən gözəli olan ilahi vəhyə uyğun davranmalıyıq. Faydasız peşmançılıq hiss etməmək üçün oturduğumuz yerdən bağışlanma gözləməməli, bağışlanmağa layiq olan əməllər etməliyik:

“Günahı həyat tərzinə çevirənləri Rəblərinin hüzurunda başları əyilmiş halda (belə deyərkən) görməliydin: Ey Rəbbimiz, (artıq) gördük və eşitdik! Bu halda bizi (dünyaya) geri qaytar ki, gözəl əməllər edək. Çünki qəti olaraq inandıq”. (“Səcdə” surəsi, 12)

Hamımız səhvlərimizi bilməli, bunları düzəldərək Allahdan bağışlanma diləməliyik. Görəsən biz, Allahı həqiqətən sevir və onun bizi bağışlamasını istəyirik? Bunun üçün nə edirik? Ayələrdə belə qeyd edilir:

“(Bir düşünün) Bəs Allahın sizin üzərinizdə yaxşılıq və mərhəməti olmasaydı və Allah həqiqətən tövbələri qəbul edən, hökm və hikmət sahibi olmasaydı (nə edərsiniz)?” (“Nur” surəsi, 10)

İş işdən keçmədən, yəni hesab günü müəyyən peşmançılık hiss etməzdən əvvəl səmimi şəkildə Rəbbimizin sözlərinə qulaq asaq: “Rəbbinizdən günahlarınız üçün bağışlanma diləyin, sonra isə tövbə və peşmançılıq hiss edərək Ona yönəlin ki, o da sizi (bu dünya) həyatında (onun müəyyən etdiyi) müddət bitənə qədər gözəl yaşatsın, (o biri dünyada) ləyaqət sahibi kimi hamıya yaxşılığının qarşılığını versin. Lakin (doğru yoldan) dönsəniz, doğrusu o çətin gün (gəldikdə) başınıza əzabın gəlməsindən qorxaram!” (“Hud” surəsi, 3)

“Siz, ey inananlar, hamınız birlikdə, günahlardan çəkinib Allaha yönəlin ki, xilas olasınız, rahatlıq tapasınız!” (“Nur” surəsi, 31)

“Ey iman sahibləri! Qəlbən və həqiqi mənada peşman olub tövbə edərək Allaha yönəlin! Ümid edilir ki, Rəbbiniz pis hərəkətlərinizi yox edər”. (“Təhrim” surəsi, 8)

“Kim etdiyi zülmdən sonra tövbə edib əməllərini düzəltsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Çünki Allah tərifsiz bağışlayıcı, misilsiz mərhəmət mənbəyidir”. (“Maidə” surəsi, 39)

Aydın olduğu kimi Allah, mərhəmət sahibidir və bəndələrini çox bağışlayandır. İnsanlara qarşı bu qədər mərhəmətli olan Allaha gözəl də bəndə olmaq lazımdır. Allahın bizi bağışlaması üçün buna layiq olmaq lazımdır. Bağışlanmağa layiq olacağımız şeylər, günahlarımız qədər çox deyildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...