"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Bahalaşma Həccə gedənlərin sayını azaldacaq”

Share Button

Həcc ziyarətinin qiymət artımı neft ölkələrindəki bahalaşma ilə əlaqədardır. “Din.az” bildirir ki, bu barədə “sherg.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) həccin qiymətini qaldırmasına münasibət bildirərkən ilahiyyatçı-alim Elşad Miri bildirib. Onun fikrincə, qiymətlərin bahalaşması xərclərin artması ilə bağlıdır və gözlənilən addım hesab edilməlidir: “QMİ hazırki məbləğlə həcc ziyarətinin tam təminatını həyata keçirə bilməsə, təbii olaraq qiymətləri qaldıracaqdır. Lakin istənilən halda […]

Həcc ziyarətinin qiymət artımı neft ölkələrindəki bahalaşma ilə əlaqədardır.

“Din.az” bildirir ki, bu barədə “sherg.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) həccin qiymətini qaldırmasına münasibət bildirərkən ilahiyyatçı-alim Elşad Miri bildirib.88386

Onun fikrincə, qiymətlərin bahalaşması xərclərin artması ilə bağlıdır və gözlənilən addım hesab edilməlidir:

“QMİ hazırki məbləğlə həcc ziyarətinin tam təminatını həyata keçirə bilməsə, təbii olaraq qiymətləri qaldıracaqdır. Lakin istənilən halda bahalaşma həcc ziyarətinə gedənlərin sayına təsir edəcək”.

Ekspert bildirib ki, həcc ziyarətini təmin edən neft ölkəsi Səudiyyə Ərəbistanı neftin ucuzlaşması nəticəsində yaranan büdcə qıtlığını turizm sayəsində tamamlamağa çalışır: “Həcc ziyarətinə gedən insanlar buna ibadət kimi yanaşır, ziyarəti təşkil edən təşkilat isə çalışır ki, müştərinin rahatlığını təmin etsin, təhlükəsiz ibadətinə şərait yaratsın və pul qazansın. Din turizmi hesab edilən bu hal qeyri-adi qəbul edilməməlidir”.

Qeyd edək ki, ötən günlərdə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, həcc ziyarətinin qiymətinin artırılması barədə müzakirələr aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir