Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bahçeli: Türkiyə Bransonu Gülənlə dəyişdirə bilər

“Türkiyədə iqtisadi böhrandan söhbət gedə bilməz.”

ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər.

Din.az xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat partiyasının sədri Devlet Bahçeli çıxış edib.

Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı.

“Açıq deyirəm: Türkiyədə iqtisadi böhrandan söhbət gedə bilməz. Türkiyə iqtisadiyyatı təcavüzə məruz qalıb”, – Bahçeli deyib.

Siyasətçi Türkiyə hökumətinin ABŞ-a qarşı cavab sanksiyalarını dəstəklədiyini bildirib. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...