Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakı İslam Universiteti indiyədək 2 235 nəfər axund və imam yetişdirib

Hazırda Bakı İslam Universitetində 1 286 tələbə təhsil alır. Bu barədə din.az “report”a istinadən xəbər verir. Universiteti bu günə qədər 2 235 nəfər bitirib. Məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi QMİ yaxından iştirak edir. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif xeyriyyə fondlarında çalışırlar (ixtisasından başqa hər yerdə – red.). […]

Hazırda Bakı İslam Universitetində 1 286 tələbə təhsil alır.

Bu barədə din.az “report”a istinadən xəbər verir.

Universiteti bu günə qədər 2 235 nəfər bitirib. Məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi QMİ yaxından iştirak edir. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif xeyriyyə fondlarında çalışırlar (ixtisasından başqa hər yerdə – red.).

2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

Hazırda Bakı İslam Universitetində 2 fakültə: İslamşünaslıq və Şəriət fakultələri var. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunur. Təhsil əyani və qiyabi şöbələrdə aparılır.

Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərir.

Bakı İslam Universiteti Misir, Malayziya, Liviya, Suriya və Türkiyədə fəaliyyət göstərən İslam Universitetləri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edir. Universitetin müəllim və tələbələri müntəzəm olaraq müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq konfrans və müsabiqələrdə iştirak edirlər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...