Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakı İslam Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Bu gündən universitetdə Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.

“Din.az” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində 15-17 avqust tarixlərində saat 09:00-dan 13:00-a kimi fəaliyyət göstərəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...