Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bakı İslam Universitetində təhsil pulsuz olacaq

Share Button

“Quranı Kərim”lə yanaşı müxtəlif dini əsərlərin dilimizə tərcümə olunması ilə bağlı işlər görülür.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri yeni mədrəsələrin açılacağını və Bakı İslam Universitetinin ödənişsiz əsaslarla fəaliyyət göstərəcəyinin nəzərdə tutulduğunu bildirib.

Ölkəmizdə islami dəyərlərin öyrənilməsi istiqamətində ciddi tədbirlər görülür. Həm din xadimlərinin hazırlanması, həm də bütövlükdə cəmiyyətin islam dinilə bağlı maaariflənməsi üçün “Quranı Kərim”lə yanaşı  müxtəlif dini əsərlərin dilimizə tərcümə olunması ilə bağlı işlər görülür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, din sahəsi üzrə milli kadrların hazırlanması ilə də bağlı bir sıra yeniliklər var. Belə ki, ölkədə yeni mədrəsələrin açılması və Bakı İslam Universitetinin ödənişsiz əsaslarla fəaliyyət göstərməsi planlaşdırılır.

Mübariz Qurbanlı bildirib ki, ölkə qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, xarici ölkələrdə təhsil alanların ölkəmizdəki məscid və mədrəsələrdə fəaliyyəti qadağan olunur. Komitə sədri vurğulayıb ki, yeni mədrəsələrin də açılması istiqamətində işlər gedir. Ümumtəhsil müəssisələrində dini bilgilərin verilməsinə gəlincə isə Mübariz Qurbanlı vurğulayıb ki,  “Həyat bilgisi” dərsliyində şagirdlərin məlumatlanması üçün   kifayət qədər material  var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir