Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakı İslam Universitetinin qəbul qaydaları dəyişdi

Bakı İslam Universitetinə qəbul qaydalarında müəyyən dəyişiklik edilib. “Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Trend-ə bildirib ki, indiyədək BİU-ya qəbul olmaq istəyən namizədlər qabiliyyət imtahanı verdikdən sonra test imtahanında iştirak edirdilər: “Ancaq bu ildən namizədlər əvvəlcə TQDK-nın imtahanlarında iştirak edəcəklər. Qəbul üçün tələb olunan […]

Bakı İslam Universitetinə qəbul qaydalarında müəyyən dəyişiklik edilib.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Trend-ə bildirib ki, indiyədək BİU-ya qəbul olmaq istəyən namizədlər qabiliyyət imtahanı verdikdən sonra test imtahanında iştirak edirdilər: “Ancaq bu ildən namizədlər əvvəlcə TQDK-nın imtahanlarında iştirak edəcəklər. Qəbul üçün tələb olunan 100 balı topladıqdan sonra universitet özü qabiliyyət imtahanını keçirəcək. Keçən il isə belə deyildi. Ötən il abituriyentlər əvvəlcə qabiliyyət imtahanını verirdilər, ancaq daha sonra test imtahanında tələb olunan balı toplaya bilmirdilər. Ona görə də biz uşaqları itirirdik. Bu il isə əksinə etmişik ki, uşaqları itirməyək”.

S.Həsənli deyib ki, universitetə qəbul üçün bu il hökumətdən 150-dən çox plan yeri istənilsə də, 100-ü əyani, 25-i qiyabi təhsil forması üzrə olmaqla, 125 plan yerinin ayrılmasına qərar verilib.

Hazırda BİU-da təhsilin ödənişli əsaslarla keçirildiyini deyən QMİ sədrinin müavini qeyd edib ki, universitetdə təhsil alan tələbələrin əksəriyyətinin maddi vəziyyəti orta və ortadan aşağıdır: “Ona görə də təhsili ödənişli etmək problem yaradır. Elə tələbələrimiz var ki, 1-ci tədris ilində təhsil haqqını ödəyiblər, amma nə 2, nə 3, nə də 4-cü tədris ili üçün təhsil haqqını ödəyə bilmirlər. Onları universitetdən xaric etməyi doğru hesab etmirik. Biz bunu edə bilmərik”.

1989-cu ildən 1992-ci ilədək universitetdə təhsilin pulsuz olduğunu xatırladan S.Həsənli universitetdə təhsilin dövlət hesabına olmasının daha məqsədəuyğun olması qənaətindədir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...