Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakı İsrail silahının əsas müştərisidir – SİPRİ

“SİPRİ silah müqavilələri İsrailə diplomatik arenada elə də böyük fayda vermir.”

İsrail 2017-ci ildə silahlarını əsasən Hindistan, Vyetnam və Azərbaycana ixrac edib.

Din.az xəbər verir ki, bu barədə informasiyanı Stokholm Sülh Problemləri Tədqiqatları İnstitutu yayıb. İnstitutut İsrailin artıq bir neçə ölkəni itirməyə başladığını da bildirib. Belə ki, son iki il ərzində Türkiyə İsraildən heç bir silah almayıb, eləcə də Cənubi Koreya İsrail silahından imtina edib.

SİPRİ silah müqavilələrinin İsrailə diplomatik arenada elə də böyük fayda vermədiyini bildirib. Belə ki, BMT-də keçirilən səsvermələr zamanı yalnız Hindistan bir neçə dəfə İsrailin əleyhinə səs verməkdən çəkinib.

İsrail 2017-ci il ərzində həm də dünyada əsas silah idxalçılarından biri olub. O, silah idxalına görə 18-ci yerdə qərarlaşıb. Rəsmi Təl-Əviv silahlarını xüsusilə ABŞ, Kanada, Almaniya və İtaliyadan idxal edib.  /  Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...