Bakı məhəllələrindən birinə “Lələ Təpə” adı verildi

Şəhidlərin xatirəsi əbədiləşdirilir.
Bakıda aprel şəhidlərinin xatirəsinə məhəlləyə “Lələ Təpə” adı verilib.
“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində aprel şəhidlərinin xatirəsi əbədiləşdirilib.
Hələ bir neçə ay əvvəl sakinlərin təşəbbüsü ilə məhəllənin girişində üzərində “Lələ Təpə məhəlləsi” yazılmış xüsusi lövhə yerləşdirilib və Azərbaycan bayrağı asılıb.
Bu gün isə ərazidə asılan bayraq dəyişidirilərək daha böyüyü ilə əvəz olunub.