Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakı Metrosunda siqaretlə bağlı QADAĞA – Baş nazirin qərarı

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun icra edilir.

Nazirlər Kabineti “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Bakı Metropolitenindən istifadə Qaydaları”na dəyişikliklər edib.

Din.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Bakı Metropolitenində stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Qeyd edək ki, əvvəlki qaydada stansiyalarda, keçidlərdə və vaqonlarda ancaq siqaret çəkmək qadağan olunmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...