Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BAKI NƏQLİYYAT AGENTLİYİNDƏN YOLDA OLAN SƏRNİŞİNLƏR ÜÇÜN İFTAR YEMƏYİ – FOTOLAR

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində (NMM) çay masası təşkil edilib.

Bakıda iftar zamanı yolda olan sərnişinlər üçün çay masası təşkil edilib.

Din.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, iftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində (NMM) çay masası təşkil edilib. Belə ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər.

Aksiya BNA və “Azərsun Holding”in birgə təşkilatçılığı ilə keçirilir. BNA bir daha müqəddəs Ramazan ayında xalqımıza ən xoş diləklərini yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...