Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakı sakinlərinin neçə faizi orucdur? – Sorğu

Bakının 59 faizi ümumiyyətlə oruc tutmur…

ACT Azərbaycan Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, rəyi soruşulan respondentlərin 33%-i Ramazan ayında oruc tutduğunu bildirib. Oruc tutanların yarıdan çoxunu qadınlar təşkil edir (59%).

Ən çox oruc tutanlar 35-44 yaş aralığında olanlardır. Bu yaş qrupu ümumi oruc tutanların 29%-ni təşkil edir. İkinci pillədə nisbətən cavan nəsil – 25-34 yaş qrupu yer alıb (26%). Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6%-i Ramazan ayında oruc tutur.

Bakı sakinlərinin 8%-i qeyri müsəlman olduğu üçün, 59 %-i isə bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar əsasən səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və hamilələrdir (3%).

25% şəhər sakini son 5 ildə mütəmadi olaraq oruc tuduğu halda, 29% isə ümumiyyətlə oruc tutmayıb.

Paytaxt əhlisinin 13%-i Ramazan ayında iftar süfrəsinə orta hesabla 3-10 AZN, 8%-i isə 11-20 AZN xərc çəkir.

14% Bakı sakini 10 ballıq şkala üzrə 5 balla özünü dindar hesab edir. 4% sakin isə dinə mövqeyini 0 balla qiymətləndirir.

Paytaxt sakinlərinin 76%-i özünü islam dininin şiə məzhəbinə aid edir. İkinci pillədə sünni məzhəbi (16%) yer alıb. Daha sonrakı pillələrdə deistlər (0.8%) və pravoslav xristianlar (0.7%) qərarlaşıblar.

Qeyd edək ki, sorğu 12-15 iyun tarixlərində Bakı şəhərində keçirilib. Ümumilikdə sorğuda 400 respondent iştirak edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...