Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda baldızını siğə etdirmək istədi – HƏBS EDİLDİ

Arvadının digər bacısını həyat yoldaşı öləndən sonra siyğa etdirmək istəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Din.az A24.az-a istinadən xəbər verir ki, hakim Ramella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Süleymanov 6 il müddətinə azadlıqdan məhrum ediməsini istəyib. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş varib. 1956-cı il təvəllüdlü A.Süleymanov baldızı Yeganə İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, A.Süleymanov arvadının digər bacısı Dürdanə İbrahimovanın həyat yoldaşı öləndən sonra onu siyğa etdirmək istəyib. Daha sonra mübahisə zəmnində A.Süleymanov Y.İbrahimovanı bıçaqlayıb.

D.İbrahimova məhkəmədə dindirilən zaman qeyd edib ki, həyat yoldaşı rəhmətə gedəndən sonra yeznəsi A.Süleymanov onu siğə etdirmək istəyib. A.Süleymanov isə dindirilən zaman belə bir fikrinin olduğunu söyləyib: “Mən onun həyat yoldaşı öləndən sonra belə bir fikrə gəldim ki, Dürdanə pis yola düşməsin”.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan A.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...