Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda bu da oldu! Qəbiristanlıqdan sinə daşı oğurlandı, meyitin üstü açıq qaldı

Qranitdən olan sinə daşı oğurlanıb.

Bakıda “Yasamal qəbirstanlığı” kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

403569212

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı “Yasamal qəbirstanlığı” kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib. Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.

Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...