Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycana köçürülə bilər.

Bakıda “Dreamland Golf Club Baku” kompleksinin ərazisində Dünya İslam Kulinariya Konqresi keçirilir.

Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub.

AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: “Bu tədbirdə 25 ölkə iştirak edir. Konqres çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WİCS-in daxili məsələləri, proqramı, yeni layihələri müzakirə ediləcək”.

T.Əmiraslanovun sözlərinə görə, dünyada ilk dəfə olaraq “Hilal Star” mükafatı restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayacaq: “Buna görə də “Hilal Star” tarixi Azərbaycandan başlayır. Bütün bunlarla yanaşı tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçiriləcək. Birinci çempionat 2009-cu ildə Bakıda keçirilib. Bu peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq, həmçinin gənc iştirakçılara da sinif ayrılıb. Yarışda şadlıq sarayları, otellər, ketrinq şirkətləri, aviaşirkətlər iştirak edə biləcək. Müsabiqədə şadlıq sarayları “bəy-gəlin” və “qonaq süfrəsi”, otellər “Azərbaycan səhər yeməyi”, ketrinq şirkətləri “Azərbaycan mətbəxi furşeti”, aviaşirkətlər “Bort yeməyi”, şirniyyat müəssisələrimiz şirniyyat siniflərində yarışa biləcəklər. Bununla bərabər müxtəlif mətbəx incəsənəti sinifləri üzrə yarışlar da olacaq. Münsiflər heyəti beynəlxalq səviyyəli hakimlik səviyyəsinə malik kulinariya hakimlərindən ibarətdir. Eyni zamanda, tədbir zamanı halal sərgi də keçiriləcək. Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. 16-18 iyul tarixlərində şirkətlər məhsullarını sərgidə göstərə biləcək”. /Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...