Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bakıda Gülən tərəfdarı belə yaxalandı – FOTO

FETÖ tərəfdarı MİT əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycanda saxlanılan FETÖ terror təşkilatının üzvü Mehmet Gelenin fotoşəkilləri yayılıb.

Din.az bildirir ki, Mehmet Gelenin həbs olunarkən lentə alınan şəkilləri Türkiyə mediasında dərc edilib.

Qeyd edək ki, Fətullah Gülənin terror təşkilatının tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb. Beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı isə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər.

Mənbə qeyd edir ki, Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar.

Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib.

Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...