Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bakıda “Halal” şampan satılır – FOTO

Unikal alkoqolsuz şərabı adətən müsəlman ölkələrdə fəaliyyət göstərən şirkətlər istehsal edir.

Azərbaycanda “Halal” şampan satılır.

“Din.az” bildirir ki, “BAKU.WS”ın məlumatına görə, paytaxt mağazalarından birində satışa qoyulan şampanın nə qədər qəribə səslənsə də adı “Halal White Shampan”dır.

Qiyməti 18 manat olan bu içkinin birini alana biri də hədiyyə olunur. Mağazada “Halal” şampana tələbat elə də az deyil.

Dünyada “Halal” şərab istehsal edən şirkətlər var. Unikal alkoqolsuz şərabı adətən müsəlman ölkələrdə fəaliyyət göstərən şirkətlər istehsal edir. Çox ciddi və tələbkar şərtlər əsasında istehsal olunan şərabların halal standartlarına tam cavab verdiyi deyilir. Tərkibində spirt olan şampan və digər içkilərin necə halal olduğu isə müəmma olaraq qalır.

1463985818_13275790_869111019867819_971742848_n

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir