Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda hicablı həyat yoldaşını yandıran şəxsə hökm oxundu- VİDEO

M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Din.az bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Bakının “Memar Əcəmi” metrostansiyasının yaxınlığında mağazada M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı benzinlə yandırıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...