Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda İranın milli bayramı qeyd edilib

“İran və Azərbaycan düşmənləri bu qardaşlıq durumuna heç vaxt ziyan verə bilməyəcəklərini yaxşı bilirlər”.

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranın Azərbaycandakı səfirliyi tərəfindən qəbul keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib ki, hazırda beynəlxalq iqtisadi göstəricilərə görə, İran dünyanın ən güclü iqtisadiyyatına malik olan 18-ci ölkəsidir. İran regional sabitlik amili kimi çıxış edib, terror və İŞİD təhlükəsinin qarşısını almaq üçün ciddi addımlar atıb.

Azərbaycan və İran arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin gün-gündən inkişaf etdiyini deyən səfir bildirib ki, iki ölkə başçıları arasındakı səmimi münasibətlər əməkdaşlığın güclü dayağıdır: “İran və Azərbaycan düşmənləri bu qardaşlıq durumuna heç vaxt ziyan verə bilməyəcəklərini yaxşı bilirlər”.

Səfirin sözlərinə görə, son illər iki ölkə arasında turist mübadiləsində artım olub və bu, dostluq, səmimiyyətin zəmanətidir: “Çox şadıq ki, ölkələrimiz arasında Şimal- Cənub nəqliyyat dəhlizi, avtomobil istehsalı zavodu kimi ciddi layihələr həyata keçirilir. Ölkələr arasındakı daimi məsləhətləşmələr bu bağların möhkəmlənməsinə zəmin yaradır. Hökumətlərarası müştərək iqtisadi komissiya İran və Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda ortaq işlərin görülməsində geniş layihələrə malikdir”.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və İranı ortaq mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb:” Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017 -ci ildə ticarət dövriyyəsi 30 faiz artıb. Dünən Astara-Astara dəmiryolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Azərbaycan İran Rəşt-Astara dəmiryolu layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də inkişaf davam edir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...