Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
13177351_1059733334099080_3057370806608626132_n1

Bakıda “İslam bankçılığı” mövzusunda təlim başa çatıb

Share Button

27 may tarixində İqtisadiyyat Nazirliyinin “Park İnn” hotelində “İslam bankçılığı” mövzusunda təlimin bağlanış mərasimi keçirilmişdir. […]

27 may tarixində İqtisadiyyat Nazirliyinin “Park İnn” hotelində “İslam bankçılığı” mövzusunda təlimin bağlanış mərasimi keçirilmişdir.

“Din.az” “ier.az “a istinadən xəbər verir ki, cari ilin 22-27 may tarixlərində islam bankçılığı sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə təşkil edilən təlimin həm təşkilatçıları İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), Türk Katılım Bankaları Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi(İATM) olmuşdur.

Müxtəlif dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin, tədqiqatçıların, 50-dən çox nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Vilayət Vəliyev iştirakçıları və qonaqları salamlayaraq, treyninqin təşkilatçılarına öz minnətdərlığını bildirməklə sertifikata layiq görülmüş şəxsləri təbrik edib.

Daha sonra təlimin işinin müvəffəqiyyətlə başa çatdırılması münasibətilə təşkilatçıları, məruzəçi və dinləyiciləri təbrik edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram koordinatoru cənab Mustafa Haşim Polat TIKA-nın Azərbaycanda gördüyü işlər barəsində danışdıqdan sonra İslam Bankçılığının iqtisadiyyatın inkişafındakı rolu və bu treyninqin də mühüm əhəmiyyətini bir daha vurğulamışdı.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İROİB-in) sədri Ruslan Atakişiyev təlimin proqramı, təşkili ideyası haqqında iştirakçılara məlumat verərək, treyninqin təşkilində dəstəyi olan bütün qurumlara bir daha öz minnətdarlığını bildirmişdir.

Öz növbəsində Türk Katılım Bankalar Birliyinin (TKBB) nümayəndəsi Avukat Ümit Akkaya TKBB-nin Azərbaycanda İslam bankçılığının inkişafı ilə bağlı görəcəyi işlər barəsində, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun diroktoru Nazim İmanov AMEA İqtisadiyyat İnstitunun İslam Bankçılığı sahəsində Türkiyə ilə təcrübə mübadiləsi proqramı haqqındasöhbət açaraq belə tədbirlərin tez-tez keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

Sonda təlimin məruzəçiləri İstanbul S.Zaim Üniversitenin professoru Dr. İbrahim Güran Yumuşak, İstanbul Üniversiteninİlahiyat Fakültesi professoru, Dr. Servet Bayındır öz növbəsində təlim iştriaçılarını təbrik etmişlər.

13177351_1059733334099080_3057370806608626132_n1

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top