Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda mərasim evində kazino açdılar – GİZLİ ÇƏKİLİŞ

Vida mərasim zalları qanunsuz olaraq kazinoya çevrilir.

Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb.

Din.az A24.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat və video paylaşıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

Buna baxmayaraq Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Gülüstan Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq kazino fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...