Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda məsciddən bara gedən qısa yol – FOTO

Məsciddən çıxan kimi birbaşa bara qaçan “dindarlar”…

Eşidib-bildiklərimizə görə, Türkiyədəki məscidlərə insanları imamların oxuduqları xütbələr, danışdıqları hədislər, söhbətlər cəlb edir. Bakıda isə fərqli ab-hava varmış. Sən demə, imamın şirin dilləri, nəsihətləri “boş sözlər” imiş. Bizim bəzi “dindar”ları o hədislərdən daha canlı “hadisələr” cəlb edirmiş.

“Din.az” xəbər verir ki, “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən İmam Zaman məscidinin düz yanında əxlaqsızlıq yuvasının peyda olması ilə bağlı oxuculardan şikayət daxil olub.“Ölkə.az” saytının əməkdaşı daxil olan şikayət əsasında məsələni araşdırmaq üçün Allahın evinin yanındakı sözügedən məkanın “qonağı” olub. Saytın müşahidələrini təqdim edirik:

Apardığımız müşahidələr zamanı bəlli oldu ki, məscidin yanında yerləşən “Skarpion” adlı kafedə və “Lavazza” adlı barda əxlaqsızlıq yuvası mövcuddur. Müştəri qismində əyləşdiyimiz masaya əvvəlcə ofisiant yaxınlaşıb. Sifarişi aldıqdan sonra bizə xüsusi xidmət təklif edərək qızları təklif etdi. Qızların içəridə olduğunu və bir azdan bizimlə maraqlanacağını da söylədi.

“Skarpion” adlı kafedəki qızların “xidməti” 25-35 AZN arası dəyişir. Bu xidmətə ofisiantın söylədiyinə görə, hər şey daxildir. Ofisiant, masaj adı altında müxtəlif xidmətlər təklif etdikdən sonra əsas qızların saat 21:00-dan sonra “Lavazza” barda olduqlarını bildirdi. Ora isə bir az “duzlu” yer olduğu üçün qiymətlər 50-60 manatdan başlayır.

Bildirilir ki, buraya bir çox “dindarlar” da baş çəkirlər. Hətta elə zamanlar olur ki, məsciddən çıxdıqdan sonra birbaşa buraya qaçırlar.

Yəhudi və xristianların əqidəsinə görə, Tanrıya xilaf olub şeytana uyan mələklər yerə çırpılırlar. Yerdə isə onlar məbədlərə əks gedib insanları günah eləməyə vadar edirlər. Onların xilası yoxdur, şeytan kimi əbədi odda yanacaqlar. Bizim də avropalaşdığını sanan bir para kişilərimiz elə bilməsinlər ki, “Skarpion”dakı göydən enmiş mələklərə 3-5 manat pul verməklə, əllərini ruziyə çatdırmaqla onların həyatını çətinliklərdən xilas edirlər. Nə o mələklərin “reinkarnasiyası” var, nə siz yəhudi, yaxud da xristiansınız. Türklər demiş, “kəndinizə qayıdın”, cənablar, amma “Skarpion”un yanı ilə yox, məscid tərəfdən…

461571_02

461571_03

461571_04

461571-01

461571-05

461571-06

461571-07

461571-08

 

MÜZAKİRƏ

1 şərh Bakıda məsciddən bara gedən qısa yol – FOTO üçün

  1. ramazan dedi:

    hele eqide sahiblerinin belede yeri olar

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...