Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAKIDA MƏSCİDƏ NAMAZ QILMAĞA GƏLƏN ŞƏXS BIÇAQLANIB – FOTO

Məscidlərdən birində bıçaqlanma hadisəsi törədilib.

Bakının Suraxanı rayonu ərazisində yerləşən məscidlərdən birində bıçaqlanma hadisəsi baş verib.


Din.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Bülbülə qəsəbəsində yerləşən məscidə namaz qılmağa gələn 21 yaşlı Məmmədov Kamran Əhməd oğluna tanımadığı şəxs bıçaqla qəfil hücum edib. Nəticədə K.Məmmədov bıçaqlanıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, hadisəni törədən Faiq Mahmudov ad-soyadlı şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Hazırda o saxlanılıb. Fakt araşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...