Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakıda Milad bayramı – FOTOREPORTAJ

Xristianların Milad adətləri …

Bakıda Pravoslav xristianları yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu – Milad bayramını qeyd ediblər.

Din.az xəbər verir ki, bu bayram xristianlıqda ən önəmli günlərdən hesab olunur və Miladda ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi qeyd edilir.

Məhz bu tarixdən etibarən yeni era başlayır.

Həmin tarix pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrü sayılır. Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov – şam yanır.

Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.

Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Bayramla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. / Oxu.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...