"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bakıda multikulturalizmə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Share Button

Konfrans AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzində keçiriləcək

Sentyabrın 8-9-da “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək.

“Din.az” xəbər verir ki, Trend-in məlumatına görə, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondudur.

Layihənin müəllifi və baş koordinatoru AMEA Dilçilik İnstitutu Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mayıl B.Əsgərovdur.

Konfrans AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzində keçiriləcək.

MÜZAKİRƏ

1 şərh Bakıda multikulturalizmə həsr olunan beynəlxalq konfrans keçiriləcək üçün

  1. Sevinc dedi:

    Hansı aləmlərə baş vurmaq lazımdırsa, indi məncə vacib olanlardan biri də budur : Azərbaycanımızın müsəlmanlıqda firqəsiz, Allahımızın tələb etdiyi kimi yaşama qədəm qoyması barədə addımların atılması və inşəAllah uğurlarımızdan digər ölkələrin də nümunə götürməsinə yol açmaq zəruridir. Bu işdə dayaq nöqtəsi olaraq Quran müsəlmanı Elşad MİRİni əsas bilirik !!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir