Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bakıda müsəlman dünyasının nadir hadisəsi – Video

Heydər məscidində vəhdət namazı qılınıb.

Azərbaycanda bütün müsəlman dünyası üçün örnək ola biləcək hadisə iki ildən çoxdur yaşanır. Söhbət Bakıda Heydər məscidində qılınan vəhdət namazından gedir. Artıq iki ildir ki, “vəhdət namazı” adlandırılan birgə namazda bütün məzhəblərdən olan müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar edirlər. Hazırda müsəlman dünyasında məzhəb ayrılığı, dini zəmində nifrətin olduğu bir zamanda Bakı təcrübəsi əslində təbliğ olunası, bütün müsəlman aləmində örnək alınası bir hadisədir.

Məhz bu səbəbdən də Türkiyə, Misir və digər müsəlman ölkələrindən gələn jurnalistlər, din xadimləri vəhdət namazını heyranlıqla qarşılayır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, cümə günü Musavat.com-un çəkiliş qrupu Heydər məscidində olaraq vəhdət namazını izləyib. Ənənəvi olaraq müxtəlif məzhəblərdən olan müsəlmanlar məsciddə birgə namaz qılıblar, namazda turistlər də iştirak edib.

Şəhər sakinləri məsciddə mehriban atmosferin olduğunu, hər kəsin birlik və mehribançılıq içərisində olduğunu deyiblər.

Qeyd edək ki, məscid kompleksi 2014-cü ildə istifadəyə verilib. Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Dörd minarəli məscidin minarələrində lift işləyir. Məsciddə təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...