Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda müsəlmanlar kilsəyə axın etdi – Foto

İcma üzvləri kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd olduqlarını nümayiş etdiriblər.

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.

Din.az xəbər verir ki, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd olduqlarını nümayiş etdiriblər. Müsəlman gənclər kilsənin həyətində Həzrət Məryəmin heykəli önünə güllər qoyublar.

İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, terror aktı yalnız xristianlara deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar dinindən asılı olmayaraq bir-birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhdət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Dünyanın hər hansı hissəsində bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücum kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu, hamımızın acısıdır.

Yepiskop Vladimir Fekete başsağlığına görə minnətdarlığını bildirib. O, müxtəlif din nümayəndələrinin birliyinin çox mühüm olduğunu vurğulayıb.

Sonda terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...