Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakıda özəl qəbiristanlıq yaradılıb – Qəbir yerlərinin qiymətləri haqqında – VİDEO

Burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.

Din.az Milli.Az-a istinadən bildirir ki, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.

Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.

Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.

Bakı Şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən “Xəzər Xəbər”ə bildirdilər ki, Hövsan qəsəbəsində yalnız Dədə Qorqud qəbiristanlığı onların balansındadır. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məlumat verildi ki, sözügedən qəbiristanlıq nə onların, nə də ərazi bələdiyyəsinin tabeçiliyindədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...