Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda Qafqaz İslam Ordusuna abidə ucaldılır

Bakıda şəhid olan türk əsgərlərinin xatirəsinə Türk Şəhidliyi Abidəsi ucaldılacaq.

1918-ci ildə Digah qəsəbəsində 9 türk əsgəri şəhid olub və həmin şəhidlər orada dəfn olunub. Bu səbəbdən Türk Şəhidliyi Abidəsi həmin qəsəbədə qoyulur və artıq işlərə start verilib.

Din.az bildirir ki, bunu Abşeron Rayon İcra Hakimiyyətindən 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsi üçün ucaldılan Türk Şəhidliyi Abidəsi ilə bağlı məlumat verərkən deyiblər.

İcradan bildirilib ki, abidənin ucaldılacağı ərazidə artıq abadlıq işləri aparılıb:

“Dünən abidənin ucaldılacağı ərazidə icra başçısı İradə xanım Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ağaclar əkildi. Ümumilikdə 500-ə qədər ağac və gül kolu əkildi. Həmin yerdə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən, adları bəlli olmayan türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunacaq.

Layihənin müəllifi rayonun baş memarı Akif Əliyevdir. İşlərin 31 mart tarixində yekunlaşması nəzərdə tutulur. Hava şəraitindən asılı olaraq işlər ləngiməsə, abidənin açılışı nəzərdə tutulan tarixdə keçiriləcək”.

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə salınan abidə 150 kvadratmetr ərazini əhatə edəcək. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...