Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıda “rus qəbiristanlığı”nda vandalizm

Qəbir daşları sındırılıb, xaçlar yerindən çıxarılaraq kənara atılıb …

Paytaxtın Zabrat qəsəbəsində yerləşən “rus qəbiristanlığı”nda 150-yə yaxın qəbir dağıdılıb.

Din.az bildirir ki, bu barədə vətəndaşlar məlumat verib.

Onların sözlərinə görə, hadisə barədə dünən məzarlığa gedərkən xəbər tutublar:

“Ötən gün yoldaşım Zabratda yerləşən rus qəbiristanlığına anasının məzarını ziyarət etməyə gedib və görüb ki, yaxınlıqdakı qəbir daşları sındırılıb, xaçlar yerindən çıxarılaraq kənara atılıb.

Təxminən 150-yə yaxın qəbir daşları, portretlər dağıdılıb. Bu, bir və ya beş nəfərin işi deyil. Mənzərədən görünür ki, kimlərsə hazırlıqlı şəkildə əllərində balyozlarla (kuvald) gəlib və yüzlərlə insanın əzizlərinin məzarını dağıdıblar. Buna heç bir izah vermək olmaz.

Qeyd edilib ki, hadisə ilə bağlı Rusiya səfirliyinə də müraciət olunacaq.

Zabrat rus qəbiristanlığının müdiri Əsgər Sadıqov açıqlamasında bildirib ki, hadisə ilə bağlı polisə məlumat verilib:

“Hadisə bizim iş saatımız ərəfəsində baş verməyib. Mən səhər saat 08:00-dan axşam saat 17:00-a qədər əraziyə mümkün qədər nəzarət edirəm. Əvvəllər də belə hadisələr olub. Gəlib dəmir xaçları aparırdılar. Polisə də məlumat verirdik, amma tapmaq, qarşısını almaq mümkün deyil. Mən kimə nə deyim? Rus qəbirlərindən dəmir xaçları aparırdılar. Bir dəfə bir nəfəri hadisə zamanı tutdum, polisə təhvil verdim.

Mən bu hadisəni görsəm, niyə mane olmayım? Hamımız insanıq. Amma bilmirəm kim edib, hansı məqsədlə edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına məlumat vermişik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...