Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bakıda şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı Dövlət Komitəsi araşdırma aparacaq

“Dövlət Komitəsi tərəfindən bu problem araşdırılacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq.

Din.az bildirir ki, bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: “Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq”.

Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...