Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bakıdakı “dağ yəhudiləri” – VİDEO

Paytaxtda 6 min yəhudi yaşayır

Azərbaycanda yaşayan ən qədim xalqlardan biri yəhudilərdir.

Yəhudilik ölkəmizdə tarixən “dağ yəhudiləri” ilə təmsil olunub. Burda yaşayan 16 min yəhudidən 11 mini dağ yəhudiləridir. Onlardan 6 mini Bakıda, 4 mini Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.

Bakıda “dağ yəhudiləri”nin sinaqoqu 1945-ci ildən fəaliyyət göstərir. Sovet hakimiyyəti dövründə İkinci Dünya müharibəsindən sonra “dağ yəhudiləri”nə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədi ilə qədim bina ayrılıb. Lakin bura ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra məbəddə təmir-bərpa işlərinə başlanılıb.

“Din.az” Azərbaycan “dağ yəhudiləri” dini icmasının sədri Mirix Yevdayev ölkəmizdəki tolerantlıq mühiti haqqındakı fikirlərini videosüjetdə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...