Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Bakıdakı KİMSƏSİZLƏR QƏBİRİSTANLIĞINDA 322 nəfər dəfn edilib – VİDEO

Bu qəbiristanlıqda məzarların əksəriyyəti sahibsizdir.

Bakıdakı kimsəsizlər qəbiristanlığında bəzi qəbirlərin içi zibillə dolub, bəzilərində isə çürüməkdə olan meyitlərin skeletləri üzə çıxıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, ötən il ərzində kimsəsizlər qəbiristanında 322 nəfər basdırılıb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, həmin şəxslər Hövsan qəbiristanlığında kimsəsizlər üçün ayrılan hissədə dəfn olunub.

Çox sayda insanın dəfn olunduğu bu qəbiristanlıqda məzarların əksəriyyəti sahibsizdir. Ancaq bəzilərinin yaxınları sonradan ortaya çıxıb.

Sabir Həsənovun sözlərinə görə, ölmüş insanların bu qəbiristanlıqda basdırılmalarının da xüsusi qaydası var.

Ümumiyyətlə isə burda dəfn olunanların yaxınları meyitin çıxarılıb başqa qəbiristanlığa aparılmasını da tələb edə bilər. Ancaq bunun xüsusi qaydaları var. Meyitin çıxarılması dəfn olunduğu torpaqdan asılıdır. Torpaq qumludursa 1 il, suludursa 3 il sonra həmin meyiti çıxarmaq olar. Səbəb həmin meyitin infeksiya mənbəyi sayılmasıdır. Statistika isə göstərir ki, il ərzində belə müraciət 1-2 nəfərdən çox olmur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...