Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidin qarşısındakı kolbasalar – FOTO

Hansı məscidin qarşısında “kolbasa bazar”ı açıblar?

Son günlər bir çox ölkələrdə siyasi vəziyyətin gərginləşməsi, çoxsaylı insan itkisi ilə müşayət olunan terror aktları, İŞİD-in fəallaşması fonunda ölkəmizdə də vəhabilərin aktivləşməsi müşahidə edilir. Artıq sosial şəbəkələrdə də onların güclü surətdə təşkilatlanmasının da şahidi oluruq. Hətta ərzaq təminatlarını da həll etmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini görmək mümkündür.

“Din.az” “Cebhe.info”ya istinadən xəbər verir ki, sosial şəbəkədəki qruplardan yararlanan sələfilər (vəhhabi olaraq adlandırılırlar) alqı-satqı qruplarında xüsusilə fəallıq nümayiş etdirirlər. Bir-birlərinə “əxi” deyə müraciət edən qrup üzvləri sələfi olmayanlara qarşı da sərt münasibət göstərirlər.

Alqı-satqı qruplarından birində “Facebook” istifadəçisi olan xanım sələfilərin açdığı iş yerlərinə işçi toplanması, “Nur” firması tərəfindən istehsal olunduğu bildirilən kolbasa və sosiskaları təbliği və satışı ilə məşğul olur. Kolbasanın tam islam qaydalarına uyğun, halal hazırlandığı bildirilir. Lakin üzərində istehsalçısı, istehsal tarixi, saxlanma müddəti olmayan məhsulun yarım kilosu 5 AZN-ə, kiloqramı 10 AZN-ə, nazik sosiskaların dənəsini isə 0.70 AZN-ə təklif edilir. Bundan başqa həmin kolbasaların sələfilər arasında daha çox istifadə edildiyini bildirən bir neçə “əxi” hətta kolbasaları Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən “İlahiyyat məscidi” qarşısında xüsusi olaraq satıldığını da bildirir. Ancaq kolbasanın istehsalçısı olduğu deyilən “Nur” firması haqqında hansısa məlumat əldə etmək mümkün olmur.

Təbii ki, alqı-satqı ilə məşğul olmaq hər kəsin haqqıdır. Sadəcə sosial şəbəkələrdə onların fikirləri ilə razılaşmayan şəxslərə qarşı olduqca kobud və hətta təhdid dolu ifadələr işlətmək yolverilməzdir. Həmin xanımlar onlara etiraz edənləri “zövc”ləri (həyat yoldaşları) ilə də hədələyirlər.

P.S. Din.az olaraq, ədalət prinsipini qoruyaraq bu xəbərdə bəhs edilən firma və ya nümayəndələrinin də fikirlərini dərc etməyə hazırıq!

GKKus4W

7sN4EaU
qyCF4FU

u2z8p6f

MÜZAKİRƏ

1 şərh Məscidin qarşısındakı kolbasalar – FOTO üçün

  1. ramazan dedi:

    bunu yazan mueliff kimdir.adini yazmaqdan qorxub?exi-qardash demekdir.namaz qilib,zekat verenler din qardashidirlar.onlara ad qoydun ey megale yazan ozun ne oldun?dini destlere ayran giyametde hali pis olacaq.ey mueliff o qune ne hazirlamisanki bele arxayinsan?

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...