Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bakıdan Qətərə təklif: Türkiyə ilə bizə qoşul

Azərbaycanla Qətər arasında münasibətlər qüvvətlənir.

Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif edilib.

Din.az xəbər verir ki, noyabrın 28-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əlaqələri müzakirə olunub.

S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Komitə sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Qətərli nazir isə ölkəsi ilə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Nazir, eyni zamanda, Qətər ilə Türkiyə arasındakı mövcud tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...