Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bakının mağazalarında qanunsuz dini kitablar aşkarlandı – REYD

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada reyd keçirib. “Din.az” bildirir ki, DQİDK-dan APA-ya verilən məlumata görə, baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış […]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada reyd keçirib.

“Din.az” bildirir ki, DQİDK-dan APA-ya verilən məlumata görə, baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı ümumilikdə içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib, aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...