Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BAKININ MƏŞHUR HAMAMI CƏBBƏXANA ÇIXDI

“Hacı Əbdül” hamamından silahlar aşkar edildi.

Azərbaycanda hamamdan cəbbəxana tapılıb.

“Din.az” xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan “AKS” markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd “F-1” qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...