"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bakının qeyri-adi başdaşları – Video

Share Button

Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub.

Novxanı kənd qəbirstanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.

“Din.az” xezerxeber-ə istinadən xəbər verir ki, bir qəbir “Balami” ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır.

“Qozbel Tofiq” kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.

Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.

Hələ bu harasıdır. Çoban olduğu üçün başdaşına qoyunla rəsmini yerləşdirənlər də var.

Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir