Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BALAKƏNDƏ MƏSCİDLƏRİN NƏZİR QUTULARI QARƏT EDİLİB

Nəzir qurularını qarət edən şəxslər saxlanılıb.

Balakənddə kənd məscidlərinin nəzir qurularını qarət edən şəxslər tutulub.

Din.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov saxlanılıblar.

Onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyənləşib. // “A24.az”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...