"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bank krediti ilə “hacı statusu” olar?

Share Button

Haramla halal iş görmək mümkün deyil

jhjh.jpg.pagespeed.ce.EW88ZH94OdElşad Miri: “Bir insan bankdan faizlə pul götürüb Həccə getməyi planlaşdırırsa, bu halal deyil”

Əkrəm Həsənov: “Bank risqləri nöqteyi-nəzərindən zəvvarlara kredit verilməsi düzgün deyil”

“Din.az” “BakıXəbər.com” saytına istinadən xəbər verir ki, bu gün bəzi ailələr öz sosial problemlərini kredit yolu ilə həll edir. Yəni, məsələn, kim maşın almaq istəyirsə, kredit götürür.

Ev almaq istəyən və ya mənzilini təmir edən, ailə qurmaq fikrində olan, müalicə olunan, səyahətə gedənlərin yolu ilk olaraq bankdan keçir. Artıq, demək olar ki, kredit insanların gündəlik həyatında vacib amilə çevrilib.

Qafqaz Müsəlmanları İdarəsi bu il ilk dəfə olaraq zəvvarlara ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıldığını bildirib. QMİ bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xərcini kreditlə ödəmək imkanının yaradılmasını təklif edir.

Maraqlıdır, kreditlə Həcc ziyarətinə getmək nə dərəcədə düzgündür?

İlahiyyatçı Elşad Miri hesab edir ki, bir insan bankdan faizlə pul götürüb Həccə getməyi planlaşdırırsa, bu halal deyil. Haramla isə halal iş görmək mümkün deyil.

İslam dinində belə bir anlayış yoxdur. Allah gücü olanların Həccə getməsini əsas götürür: “Həcc ziyarəti 3 gündür. Ondan sonra qalan 17 günü bazarlıqlara həsr edirsənsə, bu onun mahiyyətini bir kənara qoyur”.

ekrem_hesenov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bizimlə söhbətində bildirdi ki, istənilən sahə üzrə kredit verilə bilər. Onun sözlərinə görə, bank risqləri nöqteyi-nəzərindən zəvvarlara kredit verilməsi düzgün deyil: “Çünki ziyarətə gedənlərin yolçuluğunun ağır olması və onların geri dönməmək ehtimalı var. Belə olan halda, məsuliyyət yenə də zaminlərin üzərinə düşür. Əmanətçilərin pulu ilə bankın risqə getməsi düzgün deyil. Amma qanun bunu qadağan etmir. İstənilən şəxs öz ehtiyacını ödəmək üçün kredit götürə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar zəvvarlara faizsiz kredit verərsə, bu problem deyil: “Bəllidir ki, dində faiz qəbul olunmur. Tək İslam dinində deyil, bütün dinlərdə faizlə pul verilməsi haram sayılır. Həcc ziyarəti dinin 5 ehkamından biridir. Kredit yolu ilə dini borclarını yerinə yetirmək istəyirlərsə, bunun necə halal olacağı sual altındadır.

Həcc ziyarətinə gedən insanın, müsəlmanın ibadətini düzgün yerinə yetirməsi üçün şərtlərdən biri də borcunun olmamasıdır. Çünki Həcc ziyarəti ağır yolçuluqdur. İbadətə səfərə çıxan müsəlman şəxs hər kəslə halallaşıb Həccə getməlidir. Bu şərtlər və halallaşma içərisində borcunu bağlamaq da var. Borcunu bağladıqdan sonra Həccə getmək daha məqbul hesab edilir. Ancaq ailə üzvləri, yaxın qohumlara vəsiyyət edəcəyi təqdirdə ki, səfərdən qayıda bilməsəm borcu bağlayarsız, belə halda icazə var. Ancaq Həccə gedən şəxs də evdə borcunu bağlamaq üçün kifayət qədər məbləğ saxlamalıdır. Əks halda, ailə üzvlərini yük altında qoymuş olar. İslama görə, ən doğrusu borcunu tam ödəyərək Həccə getməkdir.

Bəyənilən budur ki, Həcc ibadətini şəxs öz imkanlarına görə yerinə yetirsin. Başqa bir imkanlı şəxsin köməyi ilə də Həccə getmək olar”.

Günel Cəlilova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir