Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Banqladeşdə daha bir dini lider edam edilir

Banqladeşdəki İslam Camaatının lideri Mir Qasim Əli haqqında verilən edam cəzasına qarşı edilən etiraz rədd edilib. Prokurorluq edam qərarının hər an tətbiq oluna biləcəyini bildirilib. “Din.az” xəbər verir ki, “a24.az”ın məlumatına görə, Banqladeşin 1971-ci ildə müstəqillik uğrunda apardığı mübarizə əsnasında yol verdiyi iddia edilən cinayətlər səbəbilə, Banqladeş Müharibə Cinayətləri Komitəsi tərəfindən 2 noyabr 2014-cü ildə […]

Banqladeşdəki İslam Camaatının lideri Mir Qasim Əli haqqında verilən edam cəzasına qarşı edilən etiraz rədd edilib. Prokurorluq edam qərarının hər an tətbiq oluna biləcəyini bildirilib.

“Din.az” xəbər verir ki, “a24.az”ın məlumatına görə, Banqladeşin 1971-ci ildə müstəqillik uğrunda apardığı mübarizə əsnasında yol verdiyi iddia edilən cinayətlər səbəbilə, Banqladeş Müharibə Cinayətləri Komitəsi tərəfindən 2 noyabr 2014-cü ildə edam cəzası verilən İslam Camaatının lideri və həmin camaata maliyyə dəstəyi verənlərdən biri olan iş adamı Mir Qasim Əli haqqında verilən edam qərarına qarşı edilən son etiraz rədd edilib.

Mir Qasim Əlinin vəkillərinin bu gün verdiyi son etiraz, prokuror tərəfindən rədd edildi. Baş prokuror Mahbubey Alam, Mir Qasim Əlinin edam qərarı üçün edilən etirazın rədd edildiyini, qərarın hər an tətbiq edilə biləcəyini qeyd etdi.

2010-cu ildə baş nazir şeyx Hasina tərəfindən qurulan Müharibə Cinayətləri Məhkəməsinə ilk gündən başlayaraq etirazlar davam edir. Hasinanın siyasi rəqiblərini pis vəziyyətə saldığını deyən müxalif siyasətçilər tərəfindən tez-tez tənqid edirdi. Hökümət isə ittihamları rədd edir.

mir-kasim_1

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...