Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nizaminin edamının arxasında nə var?

Banqladeşin Cemaati İslami partiyasının lideri Motiur Rəhman Nizami hökumət tərəfindən edam edilib. Edam bir çox qalmaqalı da gözlər önünə sərib. “Din.az” xəbər verir ki, Nizaminin böyük oğlu olan Nakibur Rəhman Dəkkədə yerləşən mərkəzi həbsxananın səlahiyyətli şəxslərinin onu axtararaq atasının edam edildiyi xəbərini verdiklərini bildirib. Rəhman, Cemaati İslami partiyasının üzvlərini insaflı olmağa dəvət edərək, bunları deyib: […]

Banqladeşin Cemaati İslami partiyasının lideri Motiur Rəhman Nizami hökumət tərəfindən edam edilib. Edam bir çox qalmaqalı da gözlər önünə sərib.

“Din.az” xəbər verir ki, Nizaminin böyük oğlu olan Nakibur Rəhman Dəkkədə yerləşən mərkəzi həbsxananın səlahiyyətli şəxslərinin onu axtararaq atasının edam edildiyi xəbərini verdiklərini bildirib. Rəhman, Cemaati İslami partiyasının üzvlərini insaflı olmağa dəvət edərək, bunları deyib:

“Bütün ailə üzvlərimizlə birlikdə mətanətli və güclü olamğa çalışırıq. Səbr etməkdən başqa çarəmiz yoxdur. 213Atamızın şəhid olduğuna inanırıq. Onun göstərmiş olduğu yolu təqib edəcəyik. Bütün müsəlmanları atam üçün dua etməyə dəvət edirəm”.

Rəhman, ölkə daxilində minlərlə yaşayış mərkəzində Camaati İslami mənsublarının küçəyə çıxaraq qərarı etiraz etdiyini, ancaq təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alındığını söyləyib.

Bangladeşdə aralarında Camaati İslaminin də olduğu 18 müxalifət partiyası, hökumətin təzyiqləri ilə ölkədə azad bir mühit olmamasını səbəb göstərərək 2014-ci ilin əvvəlində keçirilən ümumi seçkiləri baykot etmişdi. Seçkilərə yalnız iqtidardakı Avam Birliyi və onu dəstəkləyən 7 partiya qatılaraq parlamentdəki kürsüləri əldə etmişdi.

Keçən cümə axşamı Ali Məhkəmə, 1971-ci ildə müstəqillik uğrunda döyüş zamanı bəzi hadisələrdən məsul tutulan Nizami haqqındakı edam qərarını qüvvədə saxlayıb. Dörd hakimdən ibarət məhkəmə heyətinə başçılıq edən Surendra Kumar Sinha, mövcud hökumət tərəfindən qurulan Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunmuş Nizami haqda verilən qərarın yenidən nəzərdən keçirilməsi üçün edilən şikayətin rədd edildiyini açıqlayıb.

Qərarda, keçmiş daxili işlər naziri Nizami haqqında daxili hüquq yolları tükənmişdi. Nizami, dövlət başkanından əfv tələb etmə haqqına sahib idi, lakin bundan istifadə etmədi. Daha əvvəl də Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi tərəfindən edama məhkum edilən Camaati İslami liderlərindən Abdülkadir Molla, Məhəmməd Kamaruzzaman və Əli İhsan Mücahid də əfv tələb etməyib və asılaraq edam edilmişdilər.

Camaati İslaminin gənclik qolunun lideri olan və müstəqillik döyüşləri zamanı Pakistan ordusuna dəstək verdiyi irəli sürülən Əl-Bədr güclərinin komandirliyini edən Nizami, Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi tərəfindən 16 cəza ilə mühakimə olunub. Məhkəmə 2014-cü ildə Nizamini ölümə məhkum etmiş, Nizami verilən qərarla apelyasiya şikayəti etmiş, ancaq Ali Məhkəmə 6 yanvarda qərarı rədd etmişdi.

Partiya üzvləri Cemaati İslami Partiyasının liderlərinə qarşı yönələn məhkəmə kararlarının siyasi olduğuna işarət edərək, Hasina hökumetini xalqı “dövlət terroru”na qarşı çıxmağa çağırır. Partiya nümayəndələri, hökumətin müxalifəti əzmək üçün kütləvi cinayətlər, keyfi həbslər, mühakiməsiz edamlar və işgəncə kimi cinanyətlər işlətdiyini bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...