Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Banqladeşdə yayımlanan İslam kanalı qadağan olunur

Kanalın gəncləri radikallaşdırdığı deyilir…

Şeyx Hasina hökumətinin İslami hərəkətlərə yönələn təzyiqləri davam edir.

“Din.az” xəbər verir ki, Banqladeşdə İslami yayım edən televiziya kanalı “Peace TV” qadağan edilir.

Banqladeş hökuməti, paytaxt Dəkkədə əksər xarici vətəndaşların getdiyi kafeyə edilən və 20 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra İslami kanal olan “Peace TV”nin qadağan olunacağını açıqlamışdı.

Hökumət, kanalın gəncləri radikallaşdırdığı yöndə narahatlıq duyduğu üçün bu qərarı aldığını söyləyib.

Banqladeş Əlaqələr naziri Hasanul Hak İnu, kanalı qadağan etmək üçün “inzibati addımların atılacağını” söyləyib.

İnu, Nazirlər Kabinetinin “Peace TV”ni qadağan etdiyinə qərar verdikdən sonra “Peace TV müsəlman bir cəmiyyətə, Quranla, sünnətlə, hədisi-şəriflə, Banqladeşin konstitutsiyası ilə mədəniyyətimizlə, adət və ənənələrimizlə tutarlı deyil” deyib.

“Peace TV” Dubaydan ingiliscə, urdu və benqal dilində 24 saat yayımlanır.

Kanaldakı natiqlərdən Zakir Naik isə danışdıqları ilə kafeyə hücum edənlərin təsirlənmiş ola biləcəyi iddialarını rədd edir və Banqladeş mediasını verdiyi qərarda günahlandırır.

Vaiz Zakir Naik, eyni zamanda “Peace TV”nin də sahibi olan Bombaydakı İslami Araşdırma Vəqfinin qurucusu və sədridir.

Zakir yerli mediaya, “Banqladeş hökumətindəki səlahiyyətli şəxslərlə danışdım. Məsum insanların ölümünə yol açan banqladeşli terrorçuların mənim danışdıqlarımdan təsirləndiklərinə inanmadıqlarını söylədilər” deyib.

Qeyd edək ki, Zakir Naikin İngiltərə, Kanada və Malayziyaya getməsi də qadağandır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...