Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Banqladeşdən Myanmaya nota – “Əsgərlərinizi geri çəkin”

“6 minə yaxın müsəlmanı Banqladeş istiqamətinə qovmağa çalışırlar”.

Myanma ordusu Banlqadeşlə sərhəd istiqamətində neytral ərazidə yerləşən, radikal buddistlərdən qaçaraq çadırlara sığınan Arakan müsəlmanlarının qaldığı Tombru bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

Din.az bildirr ki, məsələ ilə bağlı Banqladeşdən Myanmaya nota verilib.

Banqladeş Sərhəd Mühazifəsi Xidmətinin generalı Mocibur Rəhman bildirib ki, Myanma hərbiçiləri bölgədə yaşayan 6 minə yaxın müsəlmanı Banqladeş istiqamətinə qovmağa çalışırlar. Hətta səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlar da edirlər.

Banqladeş Xarici İşlər Nazirliyi Myanmanın bu ölkədəki səfirini çağıraraq hərbi qüvvələrin geri çəkilməsini tələb edib.

Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən etibarən Myanmada zülm və işgəncələr səbəbindən 688 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb.(Qafqazinfo)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...