Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Baş katib: “İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur”

“İƏT Azərbaycanla daim sıx əməkdaşlıq etmək niyyətindədir”.

“Azərbaycanın rəhbərliyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gündəliyinin təşviqində fəal rol oynayır.”

Din.az xəbər veriri ki, bunu qurumun Baş katibi Yusif bin Əhməd əl-Üseymin Azərbaycanın İƏT-dəki səfiri Şahin Abdullayevlə görüşdə bəyan edib.

Baş katibin sözlərinə görə, İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur. O, həmçinin İƏT-in ticarət, turizm, mədəniyyət, idman və gənclərlə işin inkişafı sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Səfir Ş.Abdullayev Azərbaycanın İƏT ilə əlaqələrin daha da inkişaf etdirilməsinə və təşkilatla siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsi yollarının öyrənilməsinə sadiq olduğunu təsdiqləyib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...