Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Baş məscidin imamı nalayiq davranışlara qarşı çıxdığına görə həbs edildi – Həcc günlərində…

Məscidül-həramın imam-xətibi Şeyx Salih Əl -Talib həbs edilib.

Məkkədəki Məscidül-həramın imamı son cümə xütbəsində insanları nalayiq davranış sahiblərinin ardınca getməməyə çağırıb…

Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkədəki Məscidül-həramın imam-xətibi Şeyx Salih Əl -Talibi həbs edib.

Din.az xəbər verir ki, bu haqda “Əl-Cəzirə” telekanalı “Tvitter”dəki “Vicdan məhbusları” qrupuna istinadla informasiya yayıb.

Px09-091
PESHAWAR: April 09 – Imam-e-Kaaba Sheikh Saleh Bin Muhammad Bin Ibrahim offering Dua during Centenary celebrations of Jamiat Ulema-e-Islam Fazl (JUI-F)in Azakhel.
ONLINE PHOTO by Ubaid Raza

Qəribədir ki, şeyxin həbsinə səbəb kimi onun son cümə xütbəsində nalayiq davranışlar(munkarat) və belə hərəkətləri edənlərin ardınca getməmək haqqındakı çıxışı göstərilir.

Şeyx Əl-Talibin “Tvitter”də son mesajı bazar günü edilib. Burada din xadimi Ət-Tərviyə (Mina vadisində qalmaq, Ərəfə gününün başlanğıcı) günü ilə bağlı zəvvarlara üz tutub və özünün son cümə xütbəsinin bir hissəsinin video-yazısını da mesajına əlavə edib.
Xatırladaq ki, Səudiyyə Krallığında görkəmli ilahiyyatçı və təbliğçilərin qeyri-adi bəhanələrlə kütləvi həbsləri ötən ilin sentyabrından başlayıb və bu günədək davam edir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...