Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Baş nazir: Atamın qatilinin əlini sıxmaq çox çətin idi

“Bir insanın atasının qatilinə aid əli tutması heç də asan deyil”.

2009-cu ildəDəməşqə səfərim zamanı Bəşər Əsədin əlini sıxanda həyatımın ən çətin anlarından birini yaşadım. Çünki bir insanın atasının qatilinə aid əli tutması heç də asan deyil.

Din.az xəbər verir ki, bu sözləri Livanın Baş naziri Saad Həriri deyib.

Səfəri Livanın mənafeyi naminə həyata keçirdiyini bildirən Həriri o dövrdə Suriya hökuməti ilə yeni bir səhifə açılması üçün ona həm ərəb dövlətləri, həm də beynəlxalq səviyyədə təzyiq göstərildiyini qeyd edib.

“Sözügedən səfərə görə peşmanlıq hissi keçirmirəm. Çünki bu səfərdən bir neçə il sonra iki ölkə qarşılıqlı olaraq səfirliklərini açdılar”, – Həriri bildirib.

Həriri “Yenidən Bəşər Əsədin əlini sıxmaq ehtimalı varmı” sualına isə “mümkün deyil” cavabını verib.

Xatırladaq ki, Livanın keçmiş baş naziri Rəfiq Həriri 14 fevral 2005-ci ildə partlayış nəticəsində həlak olub. Bombalı hücum zamanı Həriri ilə yanaşı daha 22 nəfər həyatını itirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...