Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Baş nazir: “Xocalıda qətliam törədənləri lənətləyirəm”

B.Yıldırım: “Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib”.

“Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm”.

Din.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırm hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki farksiyasının genişləndirlmiş toplantısında bildirib.

O xatırladıb ki, fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam olub: “Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib.Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir. Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər. Əvvəlcə öz tarixlərinə baxsınlar. Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddia irəli edənlərə aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur. Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqovinada da baş verənlər yaddaşlardan silinməyib”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...