Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslər işə buraxılmayacaq

Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydalarında dəyişikliklər…

Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaq.

Din.az Report-a istinadən xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin təsdiqlədiyi “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

6. kəskin virus infeksiyaları;

7. kəskin bakterial infeksiyalar;

8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

9. ruhi xəstəliklər;

10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

11. ağıreşitmə.

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...